Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün pensiyaların, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən QİA.AZ-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.