Ölkə üzrə pos-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Nəsimi rayonunda pos-terminallar və ödəmə aparatları işlək vəziyyətdə deyil.
“Azərikard”dan bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.