Ölkədə son sutka ərzində Covid-19-a yoluxma sayı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 335 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 231, bu günə qədər isə ümumilikdə 3 728 712 test icra olunub.

Oxşar Xəbərlər