Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.

Mədəniyyət Nazirliyi bildirib ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var. 

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilir. 

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı “Qaragöz” tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq. 

Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

Oxşar Xəbərlər