Ölümsüz qəhrəman – Xansu Qurbanov

30 il blokadada olan Naxçıvanın Vətən müharibəsində 300-ə yaxın şəhidi, 100-dən artıq qazisi oldu. Vətəni Vətən edən də elə onun mərd oğullarıdır, şəhid qanıyla yoğrulmuş torpağıdır.
44 günlük Vətən müharibəsində hər zaman ön sıralarda döyüşən qəhrəmanlardan biri də şəhid Xansu Qurbanovdur. “Ölümsüz” ləqəbi ilə könüllərdə taxt qurmuş Xansu. Ailəsini ziyarət etdiyimiz
Xansu Elsevər oğlu Qurbanov 2000-ci ilin sentyabır ayının 23- də Babək rayon Cəhri kəndində anadan olub. 2018 -ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabırın 1-dən 2020-ci ilin aprel ayına kimi Naxçıvanın N saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini bitirsə də Vətənə sevgisi, düşmənə nifrət hissi ilə yaşayan Xansu sənədlərini hazırlayıb hərbi hissəyə təqdim edir və Naxçıvan Xüsusi Təyinatlıların dəstəsində kəşfiyyatçı olaraq təlimlərə başlayır.
Qorxmazlığı, çevikliyi və dəqiqliyi ilə seçilən Xansu Vətən müharibəsi başlandıqda 2000-ci il oktyabrın 6-da polkovnik Tehran Mənsumovun rəhbərliyi altında müharibəyə yollanan ilk könüllülər dəstəsində olub.
Naxçıvandan Bakıya oradan da cəbhə bölgəsinə yola düşməzdən əvvəl bəzi əşyalarını götürmək və ailəsi ilə vidalaşmaq üçün iki günlüyünə evlərinə gəlib. Anası Yəmən xanımın sözü ilə desək sanki öz vəsiətini edib anasına gedərkən. “Ana mən gedirəm. Hər şey olabilər, şəhid olabilərəm. Nə olur olsun sən ağlama. Bil ki, ağlasan mənim qol-qanadımı sındırıb tabuta qoymuş olarsan. Sən sevin ki, mən Qarabağımızı azad etməyə gedirəm”.
İgid el oğlumuzun atasız bacılarına və anasına necə sahib çıxmasından söz açan Yəmən xanım oğlunun Vətənə xidməti dövründən də qürurla danışırdı. Zəhmətkeş, ailəcanlı və dostcanlı olan Xansunun döyüşlərdə göstərdiyi şücaəti,qorxmazlığı, çevikliyi onun döyüş yoldaşları tərəfindən anası Yəmən xanıma minnətdarlıqla danışılıb.
Söhbətimiz zamanı bəzən qürurlanan, bəzən də qəlb sızısından gözləri dolan ana oğul itikisinə tək təsəllini onun Qarabağın düşməndən azad edilməsində qəhrənmancasına döyüşməsi və hər kəsə nəsib olmayan şəhidlik zirvəsinə ucalmasında tapır.
Müharibədə risk almaqda çəkinməyən Xansunun etdiklərini görən yoldaşları ona hər dəfə bu qədər özünü təhlükəyə atmamasını söyləsələrdə də – ” Narahat olmayın. Anamın duaları məni qoruyur”deyib şəhidimiz. Bu səbəbdən də yoldaşları onu ÖLÜMSÜZ adlandırıb.
43 günlük döyüş yolu Cəbrayıldan başlayaraq Suqovuşan, Xocavənd Tuğ kəndi, Şuşa yaxınlığındakı Qırmızı bazar məntəqəsi və Şuşa şəhərində sona çatır. Şuşa ətrafında gedən döyüşlərdə qolundan yaralansa da yarası sarıldıqdan sonra israrla döyüşə davam edən Xansu Qurnanov düşmənin bir neçə tankını tək başına məhv edib, Şuşa qalasının qapılarından keçən ilk döyüşçülərdən olub.
Ailəliləri və övladı olan yoldaşlarını təhlükəli və ağır döyüşlərə girməyə imkan verməyib Xansu. “Sizin övladınız var, siz arxada döyüşün. Mən subayam şəhid olsam yetim qalacaq övladım yoxdur” deyən 20 yaşlı igidimiz arxasında onu özünə ata bilən gözüyaşlı 2 bacı və bir ana buraxdı.İgid qardaşımıza bacısının ondan istədiyi xarıbülbül çiçəyini ona aparmaq nəsib olmur. Qələbəyə bir neçə saat qalmış şəhidlik zirvəsinə ucalır.
Şuşa fatehlərindən olan Xansu Qurbanov Ali baş komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məkanı cənnət əziz qardaşımız sənə və səni yetişdirən anaya bir ömür borcluyuq. Haqqın ödənməz.

Bəxtiyar Əliyev

Oxşar Xəbərlər