Cəmiyyət

Ombudsman Aparatının əməkdaşları uşaq sığınacağına baş çəkib

Movavi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Qurban bayramı ərəfəsində Ombudsman Aparatının əməkdaşları Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzinə baş çəkiblər.

Ombudsman Aparatından QİA.AZ-a verilən məlumata görə, sığınacaqda yaşayan uşaqlarla görüş keçirilib, Qurban bayramı münasibətilə Ombudsmanın təbrikləri çatdırılıb, onlara sovqat təqdim edilib.

Uşaqlarla görüş zamanı onların ehtiyacları, müəssisədəki saxlanma şəraiti və rəftarlarla bağlı fikirləri öyrənilib, onlara hüquqları, Ombudsmanın səlahiyyətləri izah edilib.

Daha sonra müəssisənin obyektləri ilə tanış olaraq, mövcud ehtiyaclar öyrənilib, işin təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button