Ombudsman Aparatının əməkdaşı erkən nikahlara dair onlayn təlimdə iştirak edib

May24,2021 #Ombudsman Aparatı

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıqda onlayn təlim seminarı təşkil edib.

Aparatdan “QİA.az”a verilən məlumata görə, Ombudsman Aparatının nümayəndəsi Nigar Ağayeva seminarda erkən nikah hallarının aradan qaldırılması istiqamətində Ombudsmanın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, bu istiqamətdə müntəzəm olaraq maarifləndirici tədbirlərin həyata keçirildiyini qeyd edib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr olub, ekspertlər tərəfindən suallar cavablandırılıb və təkliflər irəli sürülüb.

Oxşar Xəbərlər