Ombudsman: “Erkən evlilik halları problem olaraq qalmaqdadır”

İyl22,2021

“Xüsusi narahatlıqla qeyd edilməlidir ki, erkən evlilik halları problem olaraq qalmaqdadır. Bu vəziyyət fiziki, əqli, psixoloji və emosional təsirə malik olmaqla, qızları təhsil almaq imkanlarından məhrum etməklə yanaşı, onların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırır. Erkən hamiləliyə və doğuşa səbəb olan belə evliliklər əksər hallarda ana və uşaqların sağlamlığı üçün təhlükələr yaradır”.

QİA.AZ” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Ombudsman təsisatı aliment tələbinə dair məhkəmə qərarlarının icrası ilə əlaqədar təkliflər verib: “Aliment tələbi üzrə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qəsdən yerinə yetirilməməsinə görə ayrıca məsuliyyətin müəyyən edilməsi təklifi ilə də çıxış etmişik. Aliment öhdəliklərinin icrasından yayınan (boyun qaçıran) şəxslərin icbari qaydada əmək fəaliyyətinə cəlb olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə və “İcra haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi, buna müvafiq olaraq, icra qurumları ilə məşğulluq orqanlarının əlaqəli fəaliyyət mexanizmlərinin yaradılması təklifini irəli sürmüşük”.

Oxşar Xəbərlər