Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib.
“Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb.
İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb.Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir”, – hüquq müdafiəçisi qeyd edib.