Ombudsman Vəkillər Kollegiyasının sədri ilə görüşüb

İyl2,2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın nümayəndələri ilə görüş keçirib.
Qonaqları salamayan Ombudsman mandatı və fəaliyyəti barədə geniş məlumat verib.

Bu barədə “QİA.az”a Aparatdan məlumat verilib.

Pandemiya və hərbi vəziyyət dövründə Ombdusman təsisatı tərəfindən fasiləsiz olaraq fəaliyyətin davam etdirildiyi, əhali quruplarının, xüsusilə də həssas qurupdan olan insanların hüquqlarının səmərəli təmini istiqamətində görülən işlər, bu sahədə vəkillərlə uğurlu əməkdaşlıq əlaqələri, vəkillərin fəaliyyətinə verilən dəstək, aidiyyəti qurumlar qarşısında qaldırılan təkliflər Səbinə Əliyeva tərəfindən qonaqların diqqətinə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Anar Bağırov vəkillik sahəsində görülən işlər barədə geniş məlumat verib, ölkəmizdə vəkilliyə artan maraq, şəffaf qaydada keçirilən imtahanlar nəticəsində vəkillərin sayının iki mini, fəaliyyət göstərən 39 vəkil qurumunun sayının isə 100-ü ötdüyünü, son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və Vəkillər Kollegiyası tərəfindən görülən işlər nəticəsində vəkilik institutun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Görüşdə, həmçinin, Vəkillər Kollegiyası tərəfindən son illərdə yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzi ilə əməkdaşlıqda vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsi, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün birgə tədris proqramlarının təşkili məsələləri müzakirə olunub, bu istiqamətdə qurumlar arasında səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Yekunda qurumlar arasında gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər