Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib

Apr22,2021

Ombudsmanın Gəncə Regional Mərkəzi  Göygöl rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı mübarizənin hüquqi və psixoloji aspektləri” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirilib. Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin, Göygöl rayon Gənclər və İdman idarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

QİA.AZ xəbər verir ki, tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara Ombudsmanın məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

İştirakçılar arasında aktiv müzakirə şəraitində davam edən tədbirdə məişət zorakılığına qarşı mübarizə sahəsində müxtəlif təkliflər irəli sürülüb, suallar ətraflı cavablandırılıb.

       Bundan başqa, Ombudsmanın Gəncə Regional Mərkəzi Yevlax rayon Heydər Əliyev Mərkəzi ilə birgə ölkəmizdə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində mədəniyyət və təhsil qurumlarının nümayəndələri və gənclərin  iştirakı ilə “Nizami Gəncəvi və İnsan Hüquqları” mövzusunda onlayn konfrans təşkil edib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Nizami Gəncəvi yaradıcılığının müasir anlamda insan hüquqları ideyasının formalaşmasının əsasını təşkil edən ümumdünya mədəni-fəlsəfi irsinin vacib tərkib hissəsi olduğunu qeyd edib.

      Tədbirdə iştirak edən digər iştirakçılar böyük şairin “Xəmsə”sindən parçalar səsləndirərək, Nizami Gəncəvinin əsərlərində təsvir etdiyi obrazlar barədə öz fikirlərini bölüşüblər.

Oxşar Xəbərlər