Ombudsmanın Quba Regional Mərkəzi onlayn vebinar keçirib

May17,2021

Ombudsmanın Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə Qazılığı və Quba Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı vebinar keçirilib. 

QİA.AZ xəbər verir ki, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamladıqdan sonra məişət zorakılığının qarşısının alınması istiqamətində Ombudsmanın fəaliyyəti, o  cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulmuş tədbirlərin icrası haqqında məlumat verib. 

Vebinarda digər qurumların nümayəndələri də məişət zorakılığı ilə mübarizənin müxtəlif aspektləri barədə çıxış ediblər.    

Oxşar Xəbərlər