OPEC: 2021-ci ildə neftə tələbat artacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir.“QİA.AZ

”ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib.Onun sözlərinə görə. OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli qərarı ilə yaxın aylarda tədricən bazara 2 milyon barel neftin qaytarılması imkanı verir. Eyni zamanda, saziş iştirakçıları olan ölkələr hər an bazar vəziyyətindən asılı olaraq bu planı tənzimləməyə hazırdırlar.O qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarınının artımına böyük ümidlər bəsləyir: “Biz ümid edirik ki, bu il neftə tələbat azalmadan artıma keçəcək və gündəlik 95,9 milyon bareli keçəcək ki, bu da 2020-ci ilə nisbətən gündəlik 5,9 milyon barel çoxdur”.Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələrinin nazirləri fevral ayı üçün hasilat səviyyələrinə qərar vermək üçün növbəti onlayn görüşə toplanacaqlar. Dekabrın 3-də keçirilən daha öncəki iclasda neft hasilatını ayda gündəlik 0,5 milyon bareldən çox olmayan şəkildə tədricən artırmaqla bağlı razılığa gəliblər. Bundan əvvəl isə OPEC+ Monitorinq Komitəsinin Nazirlərin görüşü keçiriləcək ki, burada da iştirakçılar noyabr sazişinin icra səviyyəsini müzakirə edəcək və üzv ölkələrə fevral ayı üçün hasilatla bağlı tövsiyələr verə bilərlər.

Oxşar Xəbərlər