OPEC+ Nazirlər Monitorinq Komitəsinin gələn il ilk iclasının tarixi açıqlandı

OPEC+ Nazirlər Monitorinq Komitəsinin növbəti iclası gələn il yanvarın 4-də keçiriləcək.

“QİA.AZ” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirib.

Daha əvvəl komitə üzvləri hər ay hasilatı daha 500 min barel artırılmasını təsdiqləmək üçün iclasları aylıq keçirmək razılığına gəlmişdilər.

Xatırladaq ki, bu il aprelin 12-də keçirilən iclasda 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək hasilat həcmini cari ilin avqust – dekabr dövrünə nisbətən 1,9 milyon barel artırmaq qərarı verilmişdi. Beləliklə, 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən OPEC ölkələrinin hasilat ixtisarı 4 564 min barel, qeyri-OPEC ölkələrinin isə 2 636 min beral olacaq.

Yeni Əməkdaşlıq Bəyannaməsinə görə, 2021-ci ilin yanvar ayından hasilat ixtisarında Azərbaycanın payı 123 min barel olacaq. Yəni yanvar ayından etibarən Azərbaycan avqust – dekabr dövrünə nisbətən hasilatı 8 min barel artıraraq 595 min barelə çatdırmalıdır.

Oxşar Xəbərlər