Operativ Qərargahın brifinqi nə vaxt olacaq? – İbrahim Məmmədovdan açıqlama

brifinq

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.

Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.

“QİA.az” xəbər verir ki, “azxeber.com” sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.

Qurumun sözçüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:

“Martın 13-də Operativ Qərargahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək”.

İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər