Əlavə vaxta və penaltilər seriyasına da hazırıq.
QİA.az “Report”a istinadən xəbər verir ki , bunu Xorvatiyanın “Osiyek” komandasının baş məşqçisi Federiko Koppitelli Bakıda “Zirə”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis istənilən meydanda oynamağa öyrəşməli olduqlarını bildirib: “Ot örtüyünü çox incələyə bilməmişik. Vəziyyətə uyğun addım atacağıq”.
O, erməni futbolçu Styopa Mkrtçyanın sabahkı görüşdə iştirak etməməsinə də toxunub: “Böyük itkidir. Həmin oyunçu zədə və ya cəza səbəbindən bu bu matçı buraxmır”.
Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb