Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

DİN vətəndaşlara müraciət edib

2021-ci il mart ayının 10-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, 

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.     

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər