Ötən ay Azərbaycan tomat ixracını 3 dəfəyə yaxın azaldıb

Apr29,2021

Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 7,1 mln ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

“QİA.az”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.

Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 12,1 mln ABŞ dolları və ya 2,7 dəfə azdır.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 21,3 mln ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 22,6 mln ABŞ dolları və ya 2,1 dəfə azalıb.

Oxşar Xəbərlər