Ötən ay Naxçıvana nə qədər elektrik enerjisi verilib?

Bu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“QİA.AZ”ın məlumatına görə, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 mln 737 min kV/saat elektrik enerjisinin dəyəri 3 mln 232 min 200 manat olub. Bu müddət ərzində cəmi 3 mln 228 min 100 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 %-ini təşkil edir.

Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri mln 232,2 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə mln 228,1 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,9 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi mln 716 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 275 min manat, daxil olan vəsaitin həcmidə 275 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 396 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 28,2 min manat, daxil olan vəsaitin həcmi isə 28,2 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 673 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 48,9 min manat, daxil olan vəsaitin həcmi isə 48,9 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi mln 019 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 72 min manat, daxil olan vəsaitin həcmidə 72 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi mln 212 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 86,1 min manat, daxil olan vəsaitin həcmidə 86,1 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcm 78 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 5,5 min manat, daxil olan vəsaitin həcmidə 5,5 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 635 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 46,3 min manat, daxil olan vəsaitin həcmi 46,3 min manat olub.

Noyabrda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi mln 581 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 111,8 min manat, daxil olan vəsaitin həcmi 111,8 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100 % olub.

Bu ilin on birinci ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 2mln 427 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri mln558,4 min manat, daxil olan vəsaitin həcmi mln 554,3 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,8 % olub.

Oxşar Xəbərlər