Ötən ay Türkiyədə 120 terrorçu zərərsizləşdirilib

Noy7,2020
Ötən ay Türkiyədə 120 terrorçu zərərsizləşdirilib

Oktyabrda ​​Türkiyədə terrorçuluğa qarşı əməliyyatlar çərçivəsində cinayətkar qruplaşmaların 120 silahlısı zərərsizləşdirilib.

“QIA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Terrorçuluğa qarşı əməliyyatların 1 539-u şəhərlərdə, 10 230-u kəndlərdə keçirilib.

Zərərsizləşdirilmiş silahlılardan 92-i PKK terrorçusu, 24-ü İŞİD silahlısı, 4-ü solçu terror təşkilatlarının üzvləridir.

Bundan başqa, terroçularla əlbir olmaqa şübhəli bilinən 2 700 nəfər saxlanılıb, onlardan 422-i məhkəmə qərarları ilə həbs edilib.

Əməliyyatlar çərçivəsində terrorçuların 96 sığınacağı məhv edilib, 130 ədəd silah götürülüb. Onlardan 79-u iri kalibrlidir. Bununla yanaşı, 59 partlayıcı qurğu, 99 əl qumbarası, 17 550 döyüş sursatı ələ keçirilib.

Oxşar Xəbərlər