Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə QİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub.