DİN 2021-ci il fevral ayının 10-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “QİA.AZ” a verilən məlumata görə,
– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.
– Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.