Ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında rəsmi statistika

Fev15,2021
DİN vətəndaşlara müraciət edib

2021-ci il fevral ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, 

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

  – Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.    

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

         – Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər