Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

Mar10,2021
Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

2021-ci il mart ayının 9-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, 

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər