Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

Mar12,2021
Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

2021-ci il mart ayının 11-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, 

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər