Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası

Mar2,2021
DİN sürücülərə müraciət etdi

2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər