Ötən il Azərbaycan qızıl ixracını 19 %-dən çox artırıb

Yan29,2021

2020-ci ilin dekabr ayında Azərbaycan xarici ölkələrə 21,mln ABŞ dolları dəyərində qızıl ixrac edib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.

Bu, 2019-cu ilin dekabr ayının göstəricisi ilə müqayisədə 7,1 mln ABŞ dolları və ya 48 % çoxdur.

2020-ci il ərzində Azərbaycan xarici ölkələrə 205,6 mln ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33,2 mln ABŞ dolları və ya 19,25 % çoxdur.

Oxşar Xəbərlər