Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub

Yan26,2021
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub

2020-ci ilin IV rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “ÇağrıMərkəzi” və “Qaynar xətt”i tərəfindən 733 zəng qəbul edilib. Daxil olan zənglərin 359-uelektrik enerjisi təchizatı, 147-i qaz təchizatı, 43-ü sayğaclaşdırma, 30-u mərkəzi istiliksistemi, 117-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 36-nı təşəkkür xarakterli, 1-ni isəFövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlərtəşkil edib.

Energetika Nazirliyindən “QİA.AZ“a verilən məlumata görə, ümumilikdə isə 2020-ci il ərzində vətəndaş müraciətləri ilə bağlı EnergetikaNazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 2566 zəng qəbul edilib. Buzənglərin 1468-i elektrik enerjisi təchizatı, 302-i qaz təchizatı, 180-i elektrik və qazsayğaclarının quraşdırılması, 37-i mərkəzi istilik sistemi, 377-i isə digər məsələlərlə bağlıolub. Zənglərin 176-nı təşəkkür xarakterli, 26-nı isə Fövqəladə Hallar Nazirliyindən daxilolan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırmatələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinəvə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxsləraraşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlarmüraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) “974” “Çağrı mərkəzi”, 598-16-55“Qaynarxətt”i,[email protected] internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Oxşar Xəbərlər