2020-ci ildə Mətbuat Şurasına ümumilikdə 389 müraciət daxil olub.
Şuradan “QİA.AZ”a verilən məlumata görə, onlardan 261-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 128 müraciət digər məsələlərlə bağlı olub.
Şura Katibliyi 261 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 178 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 83 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.
Şikayətlər üzrə Komissiyada baxılan 83 məsələdən 67-i komissiya səviyyəsində həllini tapıb. Digər 16 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
261 şikayətin təsnifatı:
Ayrı-ayrı vətəndaşlar – 95;
Dövlət idarə, müəssisə və təşkilatları – 94,
Özəl müəssisələr – 72.
Ötən il ərzində müxtəlif məsələlərlə bağlı Şuranın İdarə Heyətinin 6, Şikayətlər üzrə Komissiyanın 11 iclası keçirilib.
Şikayətlərin KİV-lər üzrə təsnifatı aşağıdakı kimidir:
İnternet xəbər portallar – 73 %
İnformasiya agentlikləri – 16 %
Qəzetlər – 10 %
Jurnallar – 1 %.
Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan narazılıq:
Materialda qarşı tərəfin mövqeyinin işıqlandırılmaması – 38 %;
Şərəf və ləyaqətin təhqiri – 29 %;
İşgüzar nüfuzun ləkələnməsi – 24 %;
Digər narazılıqlar – 9 %.
Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan tələb:
Yayımlanmış materialın silinməsi – 27 %
Təkzib verilməsi – 21 %;
Üzr istənilməsi – 19 %;
KİV-in fəaliyyətinin dayandırılması – 16 %;
Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 13 %;
Digər qanuni ölçü götürülməsi – 4 %.
Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirləri aşağıdakıları nəzərdə tutub:
Təkzib verilməsi – 44 %;
Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 35 %;
Məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfin məlumatlandırılması – 12 %;
Şikayətə səbəb olmuş materialın silinməsi – 9 %.