2020-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara 17,9 milyon ton xam neft ixrac edilib.
Bu barədə “QİA.AZ”a SOCAR-dan məlumat verilıb.
Bildirilir ki, şirkət öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payını da ixrac edir.
İl ərzində ölkədə ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub. Azərbaycan təbii qazının ixracatı isə 16 % artırılaraq, 13,4 milyard kubmetrə çatıb. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanıb.