Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası (30.03.2021)

Mar31,2021
Ötən gün qeydə alınmış cinayət və hadisələrin statistikası
2021-ci il mart ayının 30-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,      

  • Martın 29-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.
  • Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

QİA.az

Oxşar Xəbərlər