Ov mövsümünün başa çatacağı vaxt açıqlanıb

Fev16,2021
Ov mövsümü

Azərbaycanda fevralın 28-də ov mövsümü başa çatacaq.

“QİA.AZ”-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı. Karantin qaydalarının yumşaldılması, ovla bağlı edilən müraciətlər əsasında yanvarın ortalarından ov mövsümü yenidən açılmışdı: “Lakin iki həftədən sonra ov mövsümü bitəcək. Ov mövsümü ilə bağlı yekun rəqəmlər mövsüm bağlandıqdan sonra veriləcək”.

Oxşar Xəbərlər