Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 434 ictimai iaşə obyektində 736 monitorinq keçirib.
AQTA-dan QİA.AZ-a verilən məlumata görə, monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küç., ev 11, m. 24 ünvanında yerləşən, fiziki şəxs İmanov Nihad İldırım oğluna məxsus restoran;
2. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunus Həsənalı oğluna məxsus dönər evi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Əliyev küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs İmamalıyev Röyal Duman oğluna məxsus “La villa” restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., ev 29 ünvanında yerləşən, hüquqi şəxs “Öz süt Azərbaycan” MMC-yə məxsus “Öz süt” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 129V ünvanında yerləşən, hüquqi şəxs “GFC“ MMC-yə məxsus “KFC“ kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən, fiziki şəxs Zeynalov Xəyal Əlizadə oğluna məxsus pub;
7. Bakı şəhəri, Binəqədi rayonu, Xəndan küç., ev 52C ünvanında yerləşən, fiziki şəxs Kərimov Elməddin oğluna məxsus “Zirinc“ restoranı;
8. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala 114 ünvanında yerləşən, fiziki şəxs Bədəlov Samiq Maxsud oğluna məxsus “Cızbız“ restoranı;
9. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küç., ev 43 ünvanında yerləşən, fiziki şəxs Ağayev Nurlan Qüdrət oğluna məxsus kafe;
10. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küç., ev 19, m. 18 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Emil İbrahim oğluna məxsus “Çayko“ çay evi;
11. Bakı şəhəri, Binəqədi rayonu, Bəhlulzadə küç., ev 16, m. 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hacıabdulla oğluna məxsus “Araz” kafesi;
12. Bakı şəhəri, Binəqədi rayonu, Babayev küç., ev 10D ünvanında yerləşən, fiziki şəxs Umbayev Nizami Ağaisa oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nizami rayonu, Nuriyev küçəsi 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Fərid Aslan oğluna məxsus “Sarf” kafesi;
14. Bakı şəhəri, Nərimanov rayonu, Ağanemətulla küç., ev 184a ünvanında yerləşən, fiziki şəxs Həşimov Səddrəddin Qulam oğluna məxsus “Lavaş“ restoranı;
15. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 91 ünvanında yerləşən, fiziki şəxs Osmanov Ayaz Camal oğluna məxsus “Barista and Chef” restoranı;
16. Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Əhədov Müşfiq Ramiz oğluna məxsus “Puşkin” restoranı;
17. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr., Laçın univermağının yanında yerləşən, fiziki şəxs Haqverdiyev Nizami Səməd oğluna məxsus dönər evi;
18. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Abişov Rufan Qəzənfər oğluna məxsus kafe;
19. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Bəkirov Hilal Məzahir oğluna məxsus “Fortuna“ restoranı;
20. Ağdam rayonu, Dördyol qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Ceyhun Nadir oğluna məxsus “Ağdam“ kafesi;
21. Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən, fiziki şəxs Mamedov Cavad Kamal oğluna məxsus kafe;
22. Şəki şəhəri, Abid Əfəndiyev küçəsində yerləşən, fiziki şəxs Abdulxalıqov Murad Möhüb oğluna məxsus kafe;
23. Salyan rayonu, Ələt-Astara şosesində yerləşən, fiziki şəxs Kazımov Fazil Kazım oğluna məxsus kafe;
24. Gəncə şəhəri, Dos-102 ünvanında yerləşən, fiziki şəxs Hüseynəliyev Elşən Elxan oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.