CəmiyyətManşet

Özbəkistanda “Mənəviyyat körpüləri –Nizamidən Nəvaiyə” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Özbəkistanın paytaxtı Daşkənddə İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində (DDŞU) birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Mənəviyyat körpüləri – Nizamidən Nəvaiyə qədər” adlı beynəlxalq konfrans keçirilib.

Sözügedən universitetdə baş tutan konfransın açılış mərasimində DDŞUun rektoru Gülçöhrə Rixsiyeva, İƏT Gənclər Forumu ARM-nin İdarə Heyətini sədri Elçin Əsgərov, Azərbaycanın Özbəkistandakı səfiri Həsən Quliyev və Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov təbrik nitqi ilə çıxış ediblər.

Tədbirin plenar iclasında Azərbaycan tərəfdən AMEA-nı təmsil edən akademik Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Özbəkistan tərəfdən isə DDŞU-nun klassik filologiya və ədəbi mənbəşünaslıq kafedrasının professoru Kosimjon Sodikov, Özbəkistan Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Xarici Mədəni İrsin öyrənilməsi Mərkəzinin aparıcı elmi işçisi professor Aftandir Erkinov çıxış edərək, Azərbaycan və özbək xalqının ümumi mədəni irsi haqda danışıblar, eləcə də Nizami və Nəvai poeziyası arasında paralel apararaq, hər iki şairin orta əsrlər Şərq mədəniyyətinə olan töhfələrindən bəhs ediblər.

Qeyd etmək lazımdır ki, bu, Nizaminin 880-ci illiyi ilə bağlı İƏT Gənclər Forumu ARM-nin keçirdiyi üçüncü beynəlxalq tədbirdir. Mərkəz yaxın zamanlarda dünyanın müxtəlif ölkələrində bu tipli tədbirləri keçirməyi planlaşdırır.

Əlaqəli xəbər

Back to top button