Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır

Apr 10, 2021

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır.

QİA.AZ-ın məlumatına görə, bunu Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjin Xocayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, ölkənin ən yaxşı mütəxəssisləri yaxın zamanlarda azad edilmiş ərazilərin infrastrukturunun bərpasına və inkişafına kömək göstərəcək: “Özbəkistan tərəfi türkdilli ölkələrlə əməkdaşlıqda maraqlıdır və bunu bütün istiqamətlərdə inkişaf etdirməyə hazırdır”.

Oxşar Xəbərlər