Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb

Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyi yanında Qabaqcıl Texnologiyalar Mərkəzi və Səhiyyə Nazirliyinin Milli Tədqiqat Virusologiya İnstitutu Çinin “Anhui Zhifei Loncom Biofharmaceutical” şirkəti tərəfindən istehsal olunan ZF2001 rekombinant peyvəndinin klinik sınaqları üzrə 3-cü mərhələsini aparır.

QİA.AZ-ın  məlumatına görə, Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi və Səhiyyə Nazirliyinin bu peyvəndin sınaqlarında fəal iştirakını və klinik sınaqdakı töhfələrini nəzərə alaraq Özbəkistan peyvəndin həmmüəllifi kimi tanınıb.

Bu gün yeni koronavirus növünə qarşı “ZF-UZ-VAC 2001” adlı rekombinant peyvənd (CHO hüceyrələri) tibbi praktikada istifadə üçün qeydiyyata alınıb.

Oxşar Xəbərlər