Pəhriz zamanı ac qalmayın

Apr23,2021

Pəhriziniz aclıq krizləri səbəbilə 3 gündən artıq davam etmirsə, bəzi səhvlərə yol verirsiniz deməkdir.

“QİA.az” xarici mətbauat istinadən pəhriz zamanı aclıqdan qurtulmaq üçün bəzi üsullar təqdim edir:

1. Yeməyi yavaş-yavaş çeynəyin;

Pəhriz zamanı nə yediyiniz qədər, necə yediyiniz də önəmlidir. Araşdırmalar göstərir ki, çeynəmə sayının artması qida qəbulunu azaldır. Bu da daha tez doymağınıza səbəb olur.

2. Proteinli səhər yeməyinə üstünlük verin;

Səhər yeməyi zamanı karbohidrat və proteinlə zəngin qidalar qəbul etməyiniz qan şəkərinizin gün ərzində tarazlıqda qalmasına kömək edəcək.

Yüksək lifli qidalar qəbul edin:

Həzm sisteminizin düzgün işləməsinə kömək edən bu qidalar uzun müddət tox saxlayır. Buğda, noxud, kinoa, bulqur, qarabaşaq, yulaf kimi ərzaqları pəhriz menyunuzdan əksik etməyin.

Oxşar Xəbərlər