Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.
“QİA.az” xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.
Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.
Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.