Pərviz İbrahimov: “Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”

Fev9,2021

“Azərbaycan Ordusu ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab vermək üçün əks hücum əməliyyatına başladı. Əməliyyatın əsas məqsədi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək idi. Bunun üçün Azərbaycan Ordusu dəmir yumruq altında birləşərək xalqımızla birlikdə fəaliyyət göstərdi”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti Pərviz İbrahimov deyib.

O bildirib ki, Azərbaycan Ordusu müharibə zamanı düşmənin lazımi səviyyədə itkilər verməsinə nail olub: “Bununla da Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirdi. Hazırda döyüş hazırlığı proqramına uyğun olaraq bölmələrin səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Vətən müharibəsindən çıxarılan nəticələr onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib”.

Oxşar Xəbərlər