Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Apr30,2024

Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi üzrə koordinatoru Romina Xurşid Alam və Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə ediblər.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, tərəflər COP-dan əvvəl və sonrakı dövr üçün sıx əməkdaşlığı davam etdirəcəklərini bildiriblər.

Görüş zamanı Pakistan Azərbaycana COP29 ilə bağlı tələb olunan texniki təcrübəni təklif edib. Səfir Pakistanın təklifinə görə təşəkkür edib, Bakı və İslamabad əlaqələrini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə biznesin, ticarətin və davamlı inkişafın gücləndirilməsi üçün əməkdaşlıq səylərinin davam etdiriləcəyi ifadə olunub.

Oxşar Xəbərlər