Pakistan bəzi ölkələrdə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkələrin vətəndaşlarının girişinə qadağa qoyub.
“QİA.az” TASS-a istinadən verdiyi xəbərə görə, Pakistan Aviasiya İdarəsi bu barədə qərar verib.
Martın 23-dən qüvvəyə minən və aprelin 5-dək davam edəcək qadağa 12 ölkənin vətəndaşına tətbiq ediləcək. Bu qadağa Brazilya, Kolumbiya, Qayana, Mozambik, Peru, Ruanda, Tanzaniya, Zambiya, Komor adaları, Keniya, Cənubi Afrika Respublikası, Botsvana vətəndaşlarına aiddir.
Həmçinin Çin, Avstraliya da daxil olmaqla 20-dən artıq ölkənin vətəndaşı Pakistana səfər etməzdən əvvəl COVID-19 testi verməlidir.