Pakistanda partlayış olub, ölən və xəsarət alanlar var

Avq10,2021

Pakistanın cənub-qərb əyaləti Bəlucistanın inzibati mərkəzi Kvetta şəhərində mağazada əl qumbarasının partlaması nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Agentliyin məlumatına görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Qeyd edilir ki, mağazada avqustun 14-də qeyd ediləcək dövlət Müstəqilliyi Günü ilə əlaqədar milli bayraqlar və başqa simvollar satılıb. Bu, son iki gün ərzində şəhərdə milli bayraqların satıcılarına ikinci hücumdur.

Oxşar Xəbərlər