Pakistanda qatarların toqquşması zamanı ölən və xəsarət alanların sayı artıb

İyn8,2021

Pakistanın Sind əyalətinin Qotki rayonunda sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 100-ə, ölənlərin sayı 51 nəfərə çatıb.

Bu barədə “QİA.az” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, yaralılardan 25-nin vəziyyəti ağırdır.

Qəza səbəbindən qatarların hərəkətində yubanmalar yaranıb.

Qeyd edək ki, hadisə dünən ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Relsdən çıxmış qatar digər qatara çırpılıb.

Oxşar Xəbərlər