Pakistanın Azad Cammu Kəşmir bölgəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb.
“QİA.AZ” “TRTHaber”ə istinadən bildirir ki, hadisə Pallandri bölgəsində baş verib.
Otuzdan çox sərnişinin olduğu avtobus Azad Cammu Kəşmirdən Ravalpindi şəhərinə hərəkət edirmiş.
Ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Qəzanın səbəbi məlum deyil.