Panama kanalında yeni rekord qeydə alınıb

Liberiya bayrağı altında üzən “MSC Marie” konteynerdaşıyan gəmisi Panama kanalını keçib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 366 metr uzunluqda gəmidə 17640 konteyner olub. Bu, kanalın istismarda olduğu 110 il ərzində ən böyük göstəricidir. 2013-cü ildəki rekord 17312 konteyner olub.

“MSC Marie” gəmisinin 80 kilometrlik kanalı keçməsi üçün 1,3 milyon dollar ödənib.

1914-cü ilin avqustunda istismara verilmiş kanal sayəsində gəmilər 8 saata Atlantik okeandan Sakit okeana keçə bilir, Horn burnundan dolanmaq zərurəti aradan qalxır.

Oxşar Xəbərlər