Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Mar3,2021

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

QİA.AZ təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 348 281 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 114 428 211 nəfərə çatıb.

Son sutkada müalicə alan 7 807 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 543 755 nəfər pandemiya qurbanı olub.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (28 345 585), Hindistan (11 139 516) və Braziliyada (10 587 001) və Rusiyada (4 278 750) qeydə alınıb.

Oxşar Xəbərlər