Pandemiya dövründə heç bir əcnəbinin məcburi ölkədən çıxarılması tətbiq edilməyib.
“QİA.AZ” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.
O, pandemiya dövründə əlavə müraciət olmadan ölkədə leqallaşdırılmış əcnəbilərin sayını da açıqlayıb:
“Bu müddət ərzində 59 963 şəxsin hüquqi vəziyyətinin tez bir qaydada müəyyənləşdirilməsi tələbi yaranıb. Belə ki, onların 25 385 nəfəri Gürcüstan, 23 583 nəfəri Rusiya, 3 626 nəfəri Türkiyə, 1 736 nəfəri Ukrayna, 835 nəfəri Pakistan, 4 795 nəfəri digər ölkələrin nümayəndələridir”.