Dünyada COVID-19 pandemiyasının bitməsi üçün 11 milyard doza vaksin lazımdır.
QİA.AZ-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, dünyanın qlobal vaksinasiya planına ehiyacı var: “Dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var”.