Paralimpiya Oyunlarının bürünc mükafatçısı: Növbəti yarışlarda birinci olub Dövlət Himnimizi səsləndirmək istəyirəm

“Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandığım üçün çox sevinirəm.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov deyib.

İdmançı ötən Paralimpiya Oyunlarında qızıl medal qazandığını xatırladaraq deyib: “Amma bu dəfə bürünc medal qismət oldu. Ümidvaram ki, növbəti oyunlarda birinci olub Dövlət Himnimizi səsləndirərəm. Builki yarışlarda uğur qazanmağımda mənə dəstək olan məşqçilərimə, komanda yoldaşım Raman Saleyə təşəkkürümü bildirirəm. Onların dəstəyi olmadan bu nailiyyəti əldə edə bilməzdim. Məni izləyən və yanımda olan hər kəsə minnətdaram. Dəstəyini bizdən əsirgəməyən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.

Qeyd edək ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üzmə üsulunda finişə 1:05:35 dəqiqə nəticə ilə üçüncü çatıb.

Oxşar Xəbərlər