“Paris-2024”: Azərbaycan gimnastı üçüncü çıxışını başa vurub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, təsnifat mərhələsində fərdi çoxnövçülükdə mübarizə aparan idmançı bu dəfə lentlərlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, bu çıxışına görə hakimlərdən 28,400 xal alıb.

Z.Ağamirova daha əvvəl topla və lentlərlə məharətini göstərib. Beləliklə, təmsilçimiz üç hərəkətin cəminə görə ümumilikdə 91,100 xal toplayıb. Zöhrə bu göstərici ilə hazırda 6-cı sıradadır. İdmançı daha sonra gürzlərlə qüvvəsini sınayacaq.

Oxşar Xəbərlər